Azərbaycanda mənzil alan fiziki şəxslərin 53,5%-ni kişilər, 46,5%-ni qadınlar təşkil edib.
FED.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, lakin Gəncə bu göstəriciyə görə digər əsas regionlardan fərqlənib.
2025-ci ildə Gəncədə mənzil alan 2 194 fiziki şəxsin 1 245-i qadın, 949-u kişi olub. Beləliklə, şəhərdə mənzil alanların 56,7%-ni qadınlar təşkil edib.
Bakıda qadınların payı 45,5%, Abşeronda 45,6%, Sumqayıtda isə 47,2% olub.












