Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Panda Baby” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb “Panda Baby” MMC-nin qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satması olub.
MMC Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsini pozub.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə görə, fiziki şəxslər 350 manatdan 500 manatdək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək cərimə edilir.













