Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Dokta” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
“Azəri Med” MMC dərmanları qiymətindən baha satırmış – AGENTLİK CƏRİMƏLƏDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb “Dokta” MMC-nin qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satması olub.
Bununla da, MMC malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsini pozub.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə görə, fiziki şəxslər 350 manatdan 500 manatdək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək cərimə edilir.












