Azərbaycanın kapital bazarlarının inkişafında və investisiya ekosisteminin formalaşmasında xüsusi rolu olan PAŞA Kapital İnvestisiya Şirkəti və iqtisadiyyat, maliyyə və biznes istiqamətləri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında aparıcı mövqeyə malik Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
FED.az xəbər verir ki, memorandumu PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi Mustafayev və UNEC-in rektoru, professor Ədalət Muradov imzalayıblar.
İmza mərasimində hər iki qurumun nümayəndələri iştirak edərək, əməkdaşlığın əsas istiqamətləri və gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Əməkdaşlığın əsas məqsədləri arasında tələbələrin nəzəri biliklərinin maliyyə və kapital bazarlarının praktiki təcrübəsi ilə tamamlanmasına, onların peşəkar bacarıqlarının inkişafına və maliyyə savadlılığının artırılmasına töhfə verməkdir.
Memorandum çərçivəsində UNEC-in maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və digər uyğun ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün PAŞA Kapital-ın mütəxəssislərinin iştirakı ilə praktiki təlimlərin, seminarların, master-klassların və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq, həmçinin tələbələrin istehsalat təcrübəsinin təşkilinə dəstək göstərilməsini, UNEC tələbələri və məzunları üçün karyera imkanlarının yaradılmasını, maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini, eləcə də korporativ sosial məsuliyyət çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini əhatə edir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı Direktoru İsi Mustafayev bildirib ki: “Əsas hədəflərimizdən biri kapital bazarını böyütmək və onun davamlı inkişafına töhfə verməkdir. Güclü kapital bazarının formalaşması üçün bu sahədə bilikli, müasir yanaşmalara sahib və praktiki bacarıqları olan mütəxəssislərin yetişdirilməsi vacibdir. UNEC ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün müxtəlif dillərində seminarların keçirilməsini, mütəxəssislərimizin bilik və praktiki təcrübələrini tələbələrlə bölüşməsini nəzərdə tuturuq..”






![PAŞA Kapital və UNEC arasında - [red]Əməkdaşlıq Memorandumu imzalanıb[/red] | FED.az](/upload/news/small/140366.jpeg)
![PAŞA Kapital və UNEC arasında - [red]Əməkdaşlıq Memorandumu imzalanıb[/red] | FED.az](/upload/news/small/1015304.jpeg)
![PAŞA Kapital və UNEC arasında - [red]Əməkdaşlıq Memorandumu imzalanıb[/red] | FED.az](/upload/news/small/4244934.jpeg)
![PAŞA Kapital və UNEC arasında - [red]Əməkdaşlıq Memorandumu imzalanıb[/red] | FED.az](/upload/news/small/1929303.jpeg)







