Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 19 min 601 ton kolbasa məmulatları istehsal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,4 % çoxdur.
Kolbasa istehsalı sürətlə artsa da, onun satışında da problem yoxdur. Belə ki, bu ilin avqust ayının 1-nə ölkədə cəmi 16,6 ton hazır kolbasa məhsulu ehtiyatı yaranıb ki, bu da bir il öncəki göstəriciyə nisbətən 25,23% azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.












