Bu ilin yanvar-iyul aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 521 milyon 603 min ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % azdır.
Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 52,5 % artaraq 64 milyon 351,51 min ABŞ dolları, idxalının dəyəri isə 36,3 % azalaraq 457 milyon 252,33 min ABŞ dolları olub.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,7 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 0,3 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 4,6 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.












