Sumqayıt Kimya Sənaye Parkında polimer əlavələrin istehsalı ilə məşğul olan "Novus Plastica" MMC-nin istehsal etdiyi məhsulların 60 faizi ixrac olunacaq.
Prezident Sumqayıtda bir sıra müəssisələrin açılışında - İŞTİRAK EDİB - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu MMC-nin direktoru və həmtəsisçisi Fərid Cəfərov jurnalistlərə deyib.
Onun sözlərinə görə, istehsal olunan məhsulun yerdə qalan 40 faizi daxili bazarın bütün ehtiyacını qarşılayacaq.
"Hazırda potensial alıcılar üçün sınaq məhsullar göndərmişik", - deyə o vurğulayıb.
Qeyd edək ki, "Novus Plastica" MMC-yə 2020-ci ilin avqust ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur. Sənaye parkında 3,5 hektar ərazidə inşa olunmuş müəssisədə iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısı və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklər istehsal olunur. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiq olunacağı müəssisədə istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya dəyəri 12,1 milyon manat olan müəssisədə 50 nəfər daimi iş yeri ilə təmin ediləcək.
"Novus Plastica" MMC xammal qismində "SOCAR Polymer" MMC və "Azərkimya" İstehsalat Birliyinin məhsullarından istifadə edəcək. (Trend)