Azərbaycanda özəl sektor tərəfindən illik istehsal gücü təxminən 200 min ton olan yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanları qiymətləndiriləcək.
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramına əsasən, layihənin həyata keçirilməsi imkanları və potensial investorlar müəyyən ediləcək, investorlarla danışıqlar aparılacaq və investisiya modeli formalaşdırılacaq.
Qiymətləndirmənin yekununda yeni müəssisənin yaradılması barədə qərarın qəbul edilməsi və potensial investorun müəyyən olunması nəzərdə tutulur.
Bu məqamda Dövlət Proqramı zavodun mütləq tikiləcəyini deyil, onun iqtisadi və investisiya baxımından mümkünlüyünün qiymətləndirilməsini nəzərdə tutur.












