“Regional” bank olmayan kredit təşkilatı (BOKT) MMC ötən ili 215,3 min manat xalis mənfəətlə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 23,5 min manat və ya 12,3% çoxdur.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 1 milyon 718 min manat (630,3 min manat / 58% çox), digər gəlirləri 158 min manat (7,1 min manat / 4,7% çox) olub. Əməkhaqqı və bununla bağlı xərclər 600,2 min manat (162,7 min manat / 37,2% çox), digər əməliyyat xərcləri 1 milyon 6,4 min manat (278,8 min manat / 38,3% çox) təşkil edib.
Ötən il şirkətin vergidən əvvəlki mənfəəti 269,1 min manat, mənfəət vergisi xərci 53,8 min manat olub.
2025-ci ilin sonunda BOKT-un aktivlərinin həcmi 6 milyon 588 min manat olub. Bu, 2024-cü ildəki göstəricidən 1 milyon 946 min manat və ya 41,9% çoxdur. Aktivlərin 4 milyon 975 min manatı (75,5%-i) müştərilərə verilmiş kreditlərin payına düşür. Kredit portfeli son bir ildə 799 min manat və ya 19,1% artıb.
Öhdəlkilərdə də artım olsa da, artım tempi daha zəif müşahidə olunub. Belə ki, öhdəlkilərin həcmi 2024-cü ildəki 4 milyon 132 min manatdan 4 milyon 762 min manata yüksəlib. Bu, 630 min manat (15,2%) artım deməkdir.
Hesabat dövrünün sonuna “Regional” BOKT MMC-nin cəmi kapitalı 1 milyon 825 min manat təşkil edib ki, bu da, illik müqayisədə 1 milyon 315 min manat və ya 3,6 dəfə artım deməkdir.
Qeyd edək ki, BOKT-un nizamnamə kapitalı 1 milyon 600,1 min manatdır. Səhmlərin 22,9%-i Əliyev Əli Hüseyn oğluna, 22,9%-i Bəhramov Nahid Oktay oğluna, 54,2%-i Tağıyeva Nigar Sabir qızına məxsusdur.
https://www.regionalbokt.az/_files/ugd/963066_4709ea2468bb491b836fe977ad285ca2.pdf







![“Regional” BOKT-un xalis mənfəəti artıb – [red]ŞİRKƏT BÖYÜYÜB[/red] | FED.az](upload/news/small/4827216.jpg)
![“Regional” BOKT-un xalis mənfəəti artıb – [red]ŞİRKƏT BÖYÜYÜB[/red] | FED.az](upload/news/small/701002.jpg)
![“Regional” BOKT-un xalis mənfəəti artıb – [red]ŞİRKƏT BÖYÜYÜB[/red] | FED.az](upload/news/small/632934.jpg)








