Milli Kibertəhlükəsizlik Agentliyin nizamnamə fondunun məbləği 442 498 manat olacaq.
Yeni agentlik yaradıldı - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsində qeyd edilib.
Bildirilib ki, agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edəcək.
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq. Agentliyin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarına əlavə mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulacaq.
Agentliyin mənfəəti bu nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürüləcək.













