Bank olmayan kredit təşkilatı (BOKT) “Azfinans” MMC-nin ötən il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə 38 min 657 manat zərər edən kredit təşkilatı ötən il zərərini daha da artırıb. Belə ki, şirkətin zərəri 34 min 113 manat və ya 88% artaraq 72 min 770 manata yüksəlib.
Hesabat dövründə şirkətin gəlirləri 15 min 849 manat (14,7%) azalaraq 92 min 163 manata düşüb. BOKT-un əsas gəlir yeri – verilmiş kreditlərdən faiz gəlirləri 18 min 880 manat (20,1%) azalaraq 75 min 77 manata düşüb. Kreditlərin verilməsinə görə, komissiya gəlirləri də 6 min 54 manat və ya 3,9 dəfə azalaraq 2 min 116 manata düşüb.
Ötən ilin sonunda kredit təşkilatının cəmi aktivləri 1 milyon 511 min manat (1 milyon 195 min manat / 4,8 dəfə çox), öhdəliklərinin həcmi isə 320 min 337 manat (268 min 340 manat / 6,2 dəfə çox) təşkil edib.
2025-ci ildə şirkətin səhmdarları BOKT-un kapitalını AMB-nin tələblərinə uyğunlaşdırmaq üçün buraya əlavə 1 milyon manat yatırıblar. Onun 36 mim manatını 2024-cü ilin, 73 min manatını isə 2025-ci ilin zərəri «yeyib». Nəticədə 1,3 milyon manatlıq səhmdar kapitalı qarşısında şirkətin cəmi kapitalı 1 milyon 191 min manatdır.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 1,3 milyon manatdır. Səhmlərin 70%-i Axundova Fidan Farid qızına, 30%-i Məmmədov Orxan Kəmaləddin oğluna məxsusdur.







![“Azfinans” BOKT-un zərəri ikiqat artıb - [red]GƏLİRLƏRİ AZALIR - HESABAT[/red] | FED.az](upload/news/small/2391183.jpg)
![“Azfinans” BOKT-un zərəri ikiqat artıb - [red]GƏLİRLƏRİ AZALIR - HESABAT[/red] | FED.az](upload/news/small/4925995.jpeg)
![“Azfinans” BOKT-un zərəri ikiqat artıb - [red]GƏLİRLƏRİ AZALIR - HESABAT[/red] | FED.az](upload/news/small/869755.jpeg)








