“Azərbaycan Mikro-Kredit” bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin maliyyə vəziyyəti məlum olub.
Ötən il “Azərbaycan Mikro-Kredit” bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin xalis mənfəəti 578 min 270 manat və ya 3,9 dəfə azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin xalis mənfəəti 202 min 754 manat olub. Xatırladaq ki, BOKT 2024-cü ildə 781 min 24 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin faiz gəlirləri 2 milyon 234 min manat (46,1%) azalaraq 2 milyon 608 min manata, faiz xərcləri 814 min 876 manat (2,4 dəfə) azalaraq 596 min 129 manata düşüb.
Şirkətin vergidən əvvəlki mənfəəti 260 min 26 manat olub ki, bu da, illik müqayisədə 724 min 669 manat (3,8 dəfə) azalma deməkdir. Mənfəət vergisi xərci də 146 min 399 manat (3,6 dəfə) azalaraq 57 min 272 manata düşüb.
Ötən il BOKT-un aktivlərinin həcmi 7 milyon 699 min maant olub. Bu, 2024-cü ildəki göstəricidən 1 milyon 491 min manat (16,2%) azdır. Belə ki, 2024-cü ilin sonunda BOKT-un aktivlərinin həcmi 9 milyon 190 min manat olmuşdu.
Aktivlərin azalmasının əsas səbəbi kredit portfelinin kiçilməsi olub. Ötən il müştərilərə verilmiş kreditlərin həcmi 6 milyon 658 min manat olub ki, bu da, illik müqayisədə 1 milyon 499 min manat (18,4%) azalma deməkdir.
Şirkətin səhmdar kapitalı 1 milyon 722 min manat, yığılmış zərərin həcmi 186 min 769 manat olub. Nəticədə cəmi kapital 1 milyon 535 min manata düşüb.







![“Azərbaycan Mikro-Kredit” BOKT-un uğursuz nəticələri - [red]XALİS MƏNFƏƏT 4 DƏFƏ AZALDI[/red] | FED.az](upload/news/small/4472572.jpg)
![“Azərbaycan Mikro-Kredit” BOKT-un uğursuz nəticələri - [red]XALİS MƏNFƏƏT 4 DƏFƏ AZALDI[/red] | FED.az](upload/news/small/960062.jpeg)
![“Azərbaycan Mikro-Kredit” BOKT-un uğursuz nəticələri - [red]XALİS MƏNFƏƏT 4 DƏFƏ AZALDI[/red] | FED.az](upload/news/small/4757790.jpeg)








