ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.
Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb
FED.az xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.
Məlumata görə, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.
Hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub. (Report)













