Ötən ilin sonunda “Fintrend” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin vaxtı keçmiş kreditlərinin həcmi 2 milyon 559 min manat olub.
FED.az biznez və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 2 milyon 8 min manat və ya 4,6 dəfə artım deməkdir.
Xatırladaq ki, 2024-cü ildə BOKT-un vaxtı keçmiş kreditlərinin həcmi 551 min manat idi.
Hesabat dövrünün sonunda BOKT-un kredit portfelinin həcmi 83 milyon 206 min manat olub. Vaxtı keçmiş kreditlərin ümumi portfeldə payı 3,1% olub. 2024-cü ildə vaxtı keçmiş kreditlərin portfeldə payı 0,8% idi.













