Rusiya ordusunun bu gecə Ukraynaya genişmiqyaslı hava hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, 100-dən çox insan yaralanıb.
FED.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko Dneprdə bir uşaq da daxil olmaqla, 9 nəfərin öldüyünü bildirib.
İkinci zərbə zamanı xilasedici də həlak olub, daha 35 Dnepr sakini yaralanıb.
Klimenko ən azı altı nəfərin itkin düşdüyünü qeyd edib.
Kiyevdə isə xəsarət alanların sayı 60-ı keçib.
Ukrayna Hərbi Hava Qüvvələrinin radiotexniki qoşunları 73 raket və 656 müxtəlif tipli PUA qeydə alıb.













