“Fintrend” bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznez və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatı 1 milyon 129 min manat xalis mənfəət əldə edib. Bu, 2024-cü ildəki göstəricidən 918 min manat və ya 44,8% azdır. Xatırladaq ki, şirkət 2024-cü ildə 2 milyon 47 min manat mənfəət etmişdi.
Hasabat dövründə bankın xalis faiz gəlirləri 4 milyon 904 min manat olub. Gözlənilən kredit zərərləri üzrə ehtiyatın yaradılmasından sonra faiz gəlirləri üzrə xalis marja 2 milyon 57 min manat təşkil edib. Bu, 2024-cü ilə nəzərən 909 min manat və ya 30,6% azalma deməkdir.
Şirkətin ən böyük xərcləri inzibati və digər əməliyyat xərclərinə sərf olunub. Belə ki, bu xərclərin həcmi illik müqayisədə 430 min manat (53,8%) artaraq 1 milyon 230 min manata çatıb.
Bəhs olunan dövrdə kredit təşkilatının vergidən əvvəlki mənfəəti 982 min manat təşkil edib ki, bu da, illik müqayisədə 1 milyon 208 min manat və ya 2,2 dəfə azalma deməkdir.
Ötən il BOKT-un aktivlərinin həcmi 90 milyon 791 min manat (19 milyon 763 min manat / 27,8% çox), öhdəliklərinin həcmi 81 milyon 645 min manat (18 milyon 814 min manat / 30%) təşkil edib. Şirkət təsisçilərdən alınmış borc öhdəliklərini kredit portfelinin böyüməsinə sərf edib. Belə ki, kredit portfeli bir ildə 13 milyon 219 min manat (18,9%) artaraq 83 milyon 206 manata, təsisçilərdən alınmış borc öhdəliklərini həcmi isə 24 milyon 651 min manat olub.
Nəticədə ötən ilin sonuna şirkətin cəmi kapitalı 9 milyon 326 min manata bərabər olub.
Qeyd edək ki, “Fintrend” BOKT MMC-nin nizamnamə kapitalı 5 milyon manatdır. Səhmlərin 95%-i (4 milyon 750 min manatlıq hissəsi) Pro Trade Logistics DMCC-ə, 5%-i (250 min manatlıq hissəsi) Əliyev Sahib Rahib oğluna məxsusdur.





![“Fintrend” BOKT-un mənfəəti azalıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3256900.jpg)
![“Fintrend” BOKT-un mənfəəti azalıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/215487.jpeg)
![“Fintrend” BOKT-un mənfəəti azalıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1033991.jpeg)








