“Para” bank olmayan kredit təşkilatı (BOKT) ASC 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının faiz gəlirləri 2024-cü illə müqayisədə 3 milyon 618 min manat və ya 3 dəfə azalaraq 1 milyon 787 min manata düşüb. Faiz xərcləri 4 min manat (0,3%) azalaraq 1 milyon 154 min manata bərabər olub. Yekunda xalis faiz gəlirləri 633 min manata bərabər olub ki, bu da, illik müqayisədə 3 milyon 614 min manat (6,7 dəfə) azalma deməkdir.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 855 min manat (21,3%) azalaraq 3 milyon 163 min manata bərabər olub. Dəyərsizləşmə üzrə mənfəət isə 5 milyon 881 min manata bərabər olub ki, bu da, 2024-cü ildəki 3 milyon 894 min manat zərərdən 9 milyon 775 min manat (2,5 dəfə) çoxdur.
Nəticədə kredit təşkilatı ötən ili 6 milyon 232 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə 1 milyon 202 min manat zərər etmişdi.
Hesabat dövründə BOKT-un aktivlərində 13 milyon 356 min manat və ya 3,6 dəfə azalma qeydə alınıb. Şirkətin kredit portfeli 10 milyon 221 min manat 66,9 dəfə azalaraq 155 min manata düşüb.
Aktivlərdə azalma kəskin olsa da, öhdəlkilərin azalma sürəti daha zəif olub. Belə ki, öhdəlkilərin həcmi 19 milyon 587 min manat və ya 2,1 dəfə azalaraq 18 milyon 650 min manata düşüb.
Ötən ilin sonunda “Para” BOKT ASC-nin cəmi kapitalı 12 milyon 905 min manat olub ki, bu da, illik müqayisədə 6 milyon 232 min manat (32,6%) azalma deməkdir.
Qeyd edək ki, BOKT-un nizamnamə kapitalı 29 milyon 266 min manatdır. Səhmlərin 21%-i Eldar Quliyevə, 17%-i Alevtina Quliyevaya, 17%-i Tamilla Hacıyevaya, 16%-i Vəli Quliyevə, 13%-i Elnur Quliyevə, 10%-i Fərman Quliyevə, 5%-i Rasim Poladova, 1%-i isə digər şəxslərə məxsusdur.
https://parabokt.az/reports/6a1d31c208165.2025%20audit%20hesabat%C4%B1.pdf





![“Para” BOKT-a kreditlə bağlı edilən müraciətlər azalır - [red]PORTFEL 70 DƏFƏ KİÇİLİB[/red] | FED.az](upload/news/small/103193.jpg)
![“Para” BOKT-a kreditlə bağlı edilən müraciətlər azalır - [red]PORTFEL 70 DƏFƏ KİÇİLİB[/red] | FED.az](upload/news/small/3562875.jpeg)
![“Para” BOKT-a kreditlə bağlı edilən müraciətlər azalır - [red]PORTFEL 70 DƏFƏ KİÇİLİB[/red] | FED.az](upload/news/small/469265.jpeg)








