“Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin əsas səhmdarı şirkəti tərk edib.
“Azərbaycan Mikro-Kredit” BOKT-un uğursuz nəticələri - XALİS MƏNFƏƏT 4 DƏFƏ AZALDI
“Azərbaycan Mikro-Kredit” bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatın istinadən xəbər verir ki, şirkətin səhmdarlarından olan Elmar Məmmədov 60%-lik səhmlərinin hamısını satıb. Bununla da, şirkətin digər səhmdarları olan Kazım Hüseynovun və Səbuhi Əzizovun payı 50%-ə yüksəlib.
Xatırladaq ki, 2024-cü ildə şirkətin səhmlərinin 20%-i Kazım Hüseynova, 20%-i Səbuhi Əzizova, 60%-i Elmar Məmmədova məxsus idi.
Xatırladaq ki, “Azərbaycan Mikro-Kredit” BOKT 2025-ci ili nisbətən uğursuz başa vurub.













