Azərbaycan Mərkəzi Bankı tərəfindən “Paysis” MMC-nin elektron pul təşkilatı lisenziyası ləğv edilib.
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib - Bankın BOKT-a çevrilməsi baş tutmadı
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Paysis” Məhdud Məsuliyyətli Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.













