“Azəri Star Mikromaliyyə” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin ötən il üzrə maliyyə vəziyyəti məlum olub.
FED.AZ biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının xalis zərəri 53 min 121 manat olub. Bu, 2024-cü ildəki göstəricidən 29 min 297 manat və ya 2,2 dəfə çoxdur. Belə ki, şirkət 2024-cü ildə 23 min 824 min manat xalis zərər etmişdi.
Hesabat dövründə kredit təşkilatının faiz gəlirləri 78 min 31 manat (31 min 581 manat / 68% çox), faiz xərcləri isə 131 min 152 manat (60 min 878 manat / 86,6% çox) olub.
Bəhs olunan dövrdə şirkətin aktivlərinin həcmi 1 milyon 103 min manat təşkil edib. Bu məbləğin 712 min 567 manatı müştərilərə verilmiş kreditlər olub.
Şirkətin öhdəlkilərinin həcmi son bir ildə 1 536 manat (10%) artaraq 16 min 967 manata çatıb.
2025-ci ilin sonunda “Azəri Star Mikromaliyyə” BOKT ASC-nin cəmi kapital və ehtiyatlarının həcmi 1 milyon 86 min manat, nizamnamə kapitalı 1 milyon 435 min manat təşkil edib.





![“Azəri Star Mikromaliyyə” BOKT ötən ili pis işləyib - [red]ŞİRKƏT ZƏRƏRDƏDİR [/red] | FED.az](upload/news/small/1070899.jpg)
![“Azəri Star Mikromaliyyə” BOKT ötən ili pis işləyib - [red]ŞİRKƏT ZƏRƏRDƏDİR [/red] | FED.az](upload/news/small/3693745.jpeg)
![“Azəri Star Mikromaliyyə” BOKT ötən ili pis işləyib - [red]ŞİRKƏT ZƏRƏRDƏDİR [/red] | FED.az](upload/news/small/1414272.jpeg)








