Ölkənin aparıcı maliyyə təşkilatlarından olan “İnternational” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2025-ci ili uğurlu nəticələrlə başa vurub. Dünya üzrə böyuk dördlüyə (Big4) daxil olan audit şirkətinin apardığı auditin yekununa görə təşkilatın maliyyə hesabatlarına “müsbət rəy” təqdim olunub. Şirkətin menecmentinin düzgün strateji fəaliyyəti nəticəsində BOKT-un əsas maliyyə göstəricilərində ciddi şəkildə artım olub. Hazırda BOKT ölkə üzrə 40 filial üzrə 450-yə yaxın işçi heyəti ilə çalışır.
Qeyd edək ki, şirkətin maliyyə göstəricilərindəki artım, satış coğrafiyasının genişlənməsi, eləcə də strateji planlarla bağlı İnternational BOKT ASC-nin İdarə Heyətin sədrinin müavini Kamil Lətifov FED.AZ biznes xəbər portalına eksklüziv müsahibə verib.
FED.AZ oxuculara müsahibəni təqdim edir:
Hörmətli Kamil müəllim, kənar audit yoxlamasının ümumi nəticələri necə olub? Auditor rəyi necədir?
-Auditin yekununda təşkilatımızın maliyyə hesabatlarına “müsbət rəy” təqdim olunub. Bu onu göstərir ki, təşkilatın fəaliyyəti, maliyyə hesbatlılığı şəffafdır. Təşkilatın real maliyyə vəziyyətini, gəlirlərini, aktivlərini, öhdəliklərini və əməliyyat nəticələrini şəffaf şəkildə əks etdirir. Həmçinin maliyyə hesabatları beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanıbdır. Bu nəticə həm tənzimləyici qurumlar, həm investorlar, həm də tərəfdaş maliyyə institutları üçün mühüm etimad göstəricisidir.
Audit hesabatına əsasən, ötən maliyyə ili üzrə əsas maliyyə göstəricilərində hansı dəyişikliklər qeydə alınıb?
-2025-ci ilin maliyyə nəticələri şirkətimizin dayanıqlı inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir. Audit hesabatına əsasən, ötən illə müqayisədə aktivlərimiz təxminən 15 milyon manat artaraq əhəmiyyətli artım nümayiş etdirib. Bu artım həm kredit portfelinin genişlənməsi, həm də maliyyə resurslarımızın daha effektiv idarə olunması ilə bağlıdır.
Kapital göstəricilərimizdə 2 milyon manatdan artıq artım qeydə alınıb ki, bu da şirkətin maliyyə dayanıqlığının və gələcək inkişaf potensialının gücləndiyini göstərir. Xalis mənfəət isə 800 min manat civarında artıb. Mənfəətlilikdəki bu müsbət dinamika əməliyyat effektivliyinin yüksəlməsi, risklərin düzgün idarə olunması və kredit portfelinin keyfiyyətinin qorunması ilə bağlıdır.
Ümumilikdə, bu göstəricilər BOKT-un bazardakı mövqeyinin möhkəmləndiyini və uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.
Audit qiymətləndirilməsinə əsasən təşkilatın öhdəliklərini yerinə yetirmə qabiliyyəti hansı səviyyədədir?
-Audit nəticələri göstərir ki, BOKT-un likvidlik mövqeyi kifayət qədər güclüdür və şirkət öz cari və uzunmüddətli öhdəliklərini vaxtında icra etmək imkanına malikdir. Buna təşkilatın kapitalı və aktivləri imkan verir. Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın mühüm indikatorlarından biridir.
Kapital adekvatlığı göstəriciləri gələcək inkişafı dəstəkləmək üçün yetərlidirmi?
-Audit hesabatı göstərir ki, kapital adekvatlığı göstəricilərimiz həm mövcud fəaliyyətin davamlılığı, həm də gələcək inkişaf planlarının maliyyələşdirilməsi baxımından kifayət qədər güclüdür.
Kapitalımız 2025 il sonuna 14 154 min AZN təşkil edir. Ötən illə müqayisədə 2 mln. manat artım olub ki, bu da əsas dayanıqlıq göstəricilərindən biri sayılır.
ƏL/TMM sahəsində daxili nəzarət mexanizmləri necə qiymətləndirilib?
-Tətbiq etdiyimiz nəzarət mexanizmləri auditorlar tərəfindən müsbət qiymətləndirilib. Təşkilatda ayrca komplayens struktur yaradılıb və yeni peşəkar kadrlar cəlb edilib. Müştərilərin identifikasiyası, əməliyyat monitorinqi, risk əsaslı yanaşma və daxili hesabatlılıq prosedurları yerli və beynəlxalq tələblərə uyğun şəkildə qurulub. Bu sahədə əməkdaşların davamlı təlimlərə cəlb olunması və daxili nəzarət prosedurlarının mütəmadi yenilənməsi də əsas prioritetlərimizdəndir.
Bu audit nəticələri BOKT-un yerli və xarici investorlar, eləcə də tərəfdaş bankların gözündə etibarlılığına necə təsir göstərəcək?
-Beynəlxalq nüfuza malik audit şirkəti tərəfindən təqdim olunan “müsbət rəy” BOKT-un maliyyə sağlamlığının və korporativ idarəetmə səviyyəsinin mühüm göstəricisidir.
Bu nəticələr həm yerli, həm də xarici investorlar üçün şirkətin şəffaf, dayanıqlı və etibarlı maliyyə institutu olduğunu təsdiqləyir. Eyni zamanda tərəfdaş banklar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq imkanlarının genişlənməsi baxımından da audit rəyi xüsusi əhəmiyyət daşıyır.
Maliyyə bazarında etimad ən vacib faktorlardan biridir və beynəlxalq audit hesabatı bu etimadın daha da möhkəmlənməsinə xidmət edir. Bu nəticələr gələcək investisiya layihələri və maliyyələşmə imkanları üçün də müsbət zəmin yaradır.
Təsadüfi deyil ki, keçən illə müqayisədə istiqraz və kredit portfelimiz də artmışdır.
Qiymətli kağızlar (istiqraz) portfeliniz nə qədərdir və şərtləri necədir?
-Təşkilatın 2025-ci ilin sonuna istiqraz portfeli 16 mln. azn təşkil edir. 2024-cü illə müqayisədə portfeldə 3 mln. manat artım olmuşdur. Müştərilərə qiymətli kağızlar üzrə geri ödəmə məbləğimiz 2025-ci ildə 9 511 000 manat təşkil etmişdir.
Cari dövrdə istiqraz portfelimiz 23 mln. manat təşkil edir. Bu artım həm investor marağının yüksəlməsi, həm də şirkətin kapital bazarlarında etibarlı iştirakçı kimi qəbul olunmasının nəticəsidir. İstiqraz portfelinin genişlənməsi bizim maliyyə resurslarımızın daha diversifikasiya olunmuş şəkildə idarə olunmasına imkan yaradır və ümumi likvidlik mövqeyimizi gücləndirir.
Şərtlərimiz isə müxtəlif formada olur. Müştərilərə müdətdən asılı olaraq illik 15-18 faiz civarında gəlirlilik təqdim edirik. Ümumilikdə məqsədimiz həm institusional, həm də fərdi investorlar üçün etibarlı, şəffaf və stabil gəlir gətirən investisiya alətləri təqdim etməkdir.
Təşkilatın genişlənməsi hansı formada gedir?
-BOKT-un genişlənmə strategiyası mərhələli və dayanıqlı inkişaf modelinə əsaslanır. Bizim əsas prioritetimiz yalnız coğrafi genişlənmə deyil, eyni zamanda xidmət keyfiyyətinin artırılması və maliyyə əlçatanlığının genişləndirilməsidir.
Genişlənmə prosesi əsasən filial şəbəkəsinin artırılması, mövcud filialların funksional imkanlarının genişləndirilməsi və xidmət kanallarının rəqəmsallaşdırılması istiqamətində həyata keçirilir. Hal-hazırda 40 filialımız fəaliyyət göstərir. Filial sayının davamlı artırılması gələcək hədəflərimizdədir. Ümumilikdə genişlənmə strategiyamız “kəmiyyət + keyfiyyət” balansına əsaslanır və məqsədimiz dayanıqlı şəkildə bazar payımızı artırmaqdır.
Kamil müəllim, müsahibə üçün təşəkkür edirik
-Mən də təşəkkür edir, FED.AZ saytına və onun peşəkar komandasına uğurlar arzulayıram.
Müsahibəni apardı:
Elnur Hüseynquluyev
Direktor və baş redaktor





![[red]KAMİL LƏTİFOV[/red]: "Uğurlu nəticələrimiz investorlar və tərəfdaş maliyyə institutları üçün yüsək etimad göstəricisidir" - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/1161310.jpeg)
![[red]KAMİL LƏTİFOV[/red]: "Uğurlu nəticələrimiz investorlar və tərəfdaş maliyyə institutları üçün yüsək etimad göstəricisidir" - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/722668.jpeg)








