Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 87,9 milyon dollarlıq mis filizləri ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) açıqladığı “İxrac icmalı”nın may sayına istinadən xəbər verir.
Məlumata görə, mis filizlərinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 81 milyon dollarlıq (12,7 dəfə) artıb. Xatırldaq ki, ötən ilin ilk dörd ayında mis filizlərinin ixracından 6,9 milyon dollar əldə olunmuşdu.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard dollar təşkil edib.













