BOKT “Azfinans” MMC-nin əvvəlki səhmdarı payını sataraq şirkəti tərk edib.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, BOKT “Azfinans” MMC-nin təsisçisilərinin payı dəyişib.
Belə ki, 2024-cü ildə şirkətin səhmlərinin 100%-nə sahib olan Əliyev İlqar Şükür oğlu payını iki nəfərə satıb. Nəticədə artıq 2025-ci ilin sonunda şirkətin səhmlərinin 70%-i Axundova Fidan Farid qızına, 30%-i Məmmədov Orxan Kəmaləddin oğluna məxsus olub.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 2024-cü ildə 300 min manat, 2025-ci ildə isə 1,3 milyon manat təşkil edib.













