İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə may sayını təqdim edib.
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər
FED.az xəbər verir ki, icmala əsasən, 2026-cı ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "AGRARCO" MMC, "Baku Steel Company" QSC, "P-AQRO" MMC, "TABATERRA" MM, PRIME LM” MMC, "KHAN-EL" MMC, “MORS TRADİNG" MMC
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
"AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.



















