Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 92,9 milyon dollarlıq pambıq ixrac edilib.
Pambığın ucuzlaşmasından şikayətlənən “P-AQRO” MMC-nin ixrac gəlirləri – 25% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) açıqladığı “İxrac icmalı”nın may sayına istinadən xəbər verir.
Məlumata görə, pambıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 milyon dollar (51,1%) artıb. Belə ki, 2025-ci ilin ilk dörd ayında pambıq ixracının dəyəri 61,5 milyon dollar idi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard dollar təşkil edib.














