Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Zara Nigar İbrahimova təyin olunub.
TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib
FED.az xəbər verir ki, o, bu gündən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu. (Trend)















