Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyulun 1-dən Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin operatoru olacaq.
SOCAR və Serbiya şirkəti Nişdə QES tikintisinə dair müqavilə imzalayıb
FED.az xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
"Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafik üzrə davam edir. Müqavilə öhdəliyinə uyğun olaraq operatorluğun təhvil verilməsi iyulun 1-də həyata keçirilməlidir və proses planlaşdırıldığı kimi irəliləyir", deyə o bildirib..
BP rəsmisi vurğulayıb ki, bu addım BP-nin layihədən çıxması anlamına gəlmir: "Bu, yalnız müqavilə öhdəliyinin yerinə yetirilməsidir. SOCAR-ın kəməri uğurla idarə etmək üçün kifayət qədər təcrübəsi və imkanları var. Biz bu keçid prosesinə görə çox nikbinik". (Report)













