“NEO” bank olmayan kredit təşkilatı (BOKT) ASC ötən ili 80 min 108 manat zərərlə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə şirkət 222 manat gəlir əldə etmişdi.
Ötən il şirkətin faiz gəlirləri 26 min 249 manat olub ki, bu da, illik müqayisədə 4 min 502 manat (14,6%) azalma deməkdir. Belə ki, 2024-cü ildə bu məbləğ 30 min 751 manat idi.
Gözlənilən kredit zərərləri üzrə ehtiyatların həcmi 39 min 276 manat təşkil edib. Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 65 min 252 manat olub.
Ötən il kredit təşkilatının ümumi və inzibati xərcləri 8 min 671 manat (7,5%) artaraq 124 min 944 manata yüksəlib. Əmlak və avadanlıqların satışından zərər isə 20 min 689 manat olub. 2024-cü ildə əmlak və avadanlıqların satışından 100 min 442 manat gəlir əldə edilmişdi.
Aktivlərdə də kəskin azalma müşahidə olunub. Belə ki, BOKT-un aktivlərinin həcmi 2024-cü ilə nəzərən 101 min 329 manat və ya 4,3 dəfə azalaraq 30 min 598 manata düşüb.
Öhdəliklərin həcmi 1 988 manat təşkil edib ki, bu da, illik müqayisədə 21 min 221 manat (11,7 dəfə) azdır.
Xatırladaq ki, 2024-cü ildə şirkətin aktivlərinin həcmi 131 min 927 manat, öhdəliklərinin həcmi 23 min 209 manat olmuşdu.
2025-ci ilin sonunda “NEO” BOKT ASC-nin cəmi kapitalı 28 min 610 manata bərabər olub ki, bu da, illik müqayisədə 80 min 108 manat (3,8 dəfə) azdır.
Qeyd edək ki, hesabat dövrünün sonuna BOKT-un nizamnamə kapitalı 371 min manat olub. Bu kapitalın 100%-i “Kömək” miqrasiya, reabilitasiya, və repatriasiya qeyri-hökümət beynəlxalq humanitar təşkilatına məxsusdur.
















