“FNC” bank olmayan kredit təşkilatı (BOKT) QSC ötən ili 3 milyon 278 min manat xalis mənfəətlə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, kredit təşkilatının mənfəəti əvvəlki illə müqayisədə 1 milyon 306 min manat və ya 66,2% artıb.
Xatırladaq ki, şirkət 2024-cü ildə 1 milyon 972 min manat mənfəət əldə etmişdi.
Ötən il şirkətin faiz gəlirləri 5 milyon 233 min manat təşkil edib ki, bu da, illik müqayisədə 2 milyon 639 min manat (2 dəfə) çoxdur. Faiz xərcləri də 237 min 35 manat (5,9 dəfə) artaraq 285 min 428 manata yüksəlib.
Şirkətin mənfəət vergisindən əvvəlki gəliri 4 milyon 98 min manat olub ki, bu da, illik müqayisədə 1 milyon 633 min manat (66,2%) çoxdur.
BOKT-un aktivlərində də əhəmiyyətli artım özünü göstərib. Belə ki, cəmi aktivlər 2024-cü ilə nəzərən 7 milyon 757 min manat (18,2%) artaraq 50 milyon 390 min manata yüksəlib. Aktivlərinin artmasının əsas səbəbi kredit portfelinin 6 milyon 985 min manat və ya 16,4% artaraq 49 milyon 490 min manat təşkil edib.
Aktivlərdə artım sürətli olsa da, öhdəliklərdə daha zəif müşahidə olunub. Şirkətin öhdəlkilərinin həcmi ötən ilin sonuna 43 milyon 235 min manat təşkil edib. Bu da 2024-cü ilin sonundakı 40 milyon 257 min manatdan 2 milyon 978 min manat (7,4%) daha çoxdur.
Yekun olaraq, 2025-ci ilin sonunda “FNC” BOKT-un cəmi kapitalı 7 milyon 155 min manat təşkil edib ki, bu da, illik müqayisədə 4 milyon 778 min manat (3 dəfə) çoxdur.







![“FNC” BOKT xalis mənfəətini artırıb – [red]ŞİRKƏT BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/2726445.png)
![“FNC” BOKT xalis mənfəətini artırıb – [red]ŞİRKƏT BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/4372900.jpg)
![“FNC” BOKT xalis mənfəətini artırıb – [red]ŞİRKƏT BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/3698494.jpg)








