“REGİONAL” Bank Olmayan Kredit Təşkilatı ilə aparıcı təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında tələbələrin istehsalat təcrübəsinin təşkili ilə bağlı müqavilə imzalanmışdır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, layihənin əsas məqsədi gənclərin keyfiyyətli praktiki biliklər əldə etməsi üçün münbit şəraitin yaradılmasından ibarətdir. İnkişafda olan “REGİONAL” Bank Olmayan Kredit Təşkilatı öz strategiyasında kadr potensialının gənc kadrlar hesabına möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Tələbələrin maliyyə təşkilalatlarında təcrübə keçməsi BOKT tərəfindən bu işdə əhəmiyyətli alət kimi qiymətləndirilir. Bu cür təcrübə proqramları çərçivəsində tələbələr praktiki biliklər əldə etməklə yanaşı, Universitetdə qazandıqları akademik bilik bazasının real bazar vəziyyətinə uyğunlaşdırılması istiqamətində mühüm imkanlar əldə edirlər. Eyni zamanda maliyyə təşkilatı həmin şəxslərdən özünün gələcək kadr potensialının formalaşmasında faydalanmaq imkanı qazanır. “REGİONAL” BOKT bu sahəyə xüsusi önəm verir və 2024-cü ildən etibarən “Təcrübə Proqramının təşkili və həyata keçirilməsi daxili Qaydaları” təsdiq edilmişdir. Eyni zamanda UNEC tələbələri üçün də xüsusi təcrübə proqramı hazırlanmışıdır.
«REGİONAL» BOKT MMC 2014-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət mikrokreditrlərin, istehlak və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur. Təşkilat Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvüdür. BOKT-nın əsas prioriteti müştərilərlə və bütün tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq əlaqələrini qoruyaraq, onların sayını və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksək həddə çatdırmaq, artan xətt üzrə şəffaf və sağlam biznes əlaqələrini qurmaqdır.











