“Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 1 milyon 342 min manat olub.
Bu, 2024-cü ildəki 1 milyon 387 min manatlıq göstəricidən 45 min manat və ya 3,2% azdır. 2025-ci ildə şirkətin faiz xərcləri və müştərilərə verilən kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyatları olmayıb.
Hesabat dövründə haqq və komissiya gəlirlərini cüzi artıran şirkət bu istiqamətdə xərclərə daha çox vəsait sərf edib. Belə ki, haqq və komissiya gəlirləri 6 min 598 manat (2,8%) artaraq 244 min 735 manata, haqq və komissiya xərcləri 117 min 761 manat (21%) artaraq 677 min 271 manata çatıb.
Digər əməliyyat gəlirləri 7 min 835 manat (2,2 dəfə) azalaraq 6,4 min manata düşüb. Digər əməliyyat xərcləri isə 2024-cü ildə olmadığı halda, 2025-ci ildə 2 min 666 manat təşkil edib.
Nəticədə xalis əməliyyat gəlirləri 912 min 706 manata bərabər olub ki, bu da, 2024-cü illə müqayisədə 167 min manat (15,5%) azdır.
Şirkətin digər xərclərində də artımlar müşahidə olunub. Belə ki, amortizasiya xərcləri 48 min 756 manat (3,6 dəfə) artaraq 67 min 681 manata, inzibati xərclər 30 min 442 manat (16,4%) artaraq 215 min 802 manata, digər xərclər 2 min 218 manat (2,1 dəfə) artaraq 4 min 194 manata çatıb.
Şirkətin vergiyə cəlb edilənə qədərki mənfəəti 268 min 356 manat və ya 30,7% azalaraq 605 min 29 manata, mənfəət vergisi xərcləri 53 min 194 manat (30,5%) azalaraq 121 min 483 manata düşüb.
Yekunda “Avrasiya-Kredit” BOKT 2025-ci ili 483 min 546 manat xalis mənfəətlə bağalayıb ki, bu da, 2024-cü ilə nəzərən 215 min 162 manat (30,8%) azdır. Xatırladaq ki, 2024-cü ildə BOKT-un xalis mənfəəti 698 min 708 manat idi.
Hesabat dövrünün sonunda BOKT-un cəmi aktivləri 2024-cü ildəki 4 milyon 672 min manatdan 5 milyon 191 manata yüksəlib. Yəni artım 519 min manat və ya 11,1% olub.
Aktivlərdə artımın əsas səbəbi müştərilərə verilmiş kreditlərin və torpaq, tikili, avadanlıqlardakı aktivlərin artması ilə bağlı olub. Belə ki, müştərilərə verilmiş kreditlər 172 min 937 manat (4%) artaraq 4 milyon 526 min manata, torpaq, tikili və avadanlıqlardakı aktivlərin həcmi 263 min 104 manat (2,2 dəfə) artaraq 481 min 540 manata çatıb. Şirkətin kredit portfeli ümumi aktivlərin 87,2%-ini təşkil edib.
Ötən il şirkətin öhdəliklərinin həcmində də artım dinamikası davam edib. Belə ki, öhdəliklərin həcmi 35 min 557 manat (8%) artaraq 482 min 980 manata çatıb. Şirkətin maliyyə sektoru qarşısındakı öhdəlikləri 95 min 441 manat (26,2%) artaraq 459 min 737 manata, digər öhdəliklərin həcmi 59 min 884 manat (3,6 dəfə) azalaraq 23 min 243 manata bərabər olub.
2025-ci ilin sonunda “Avrasiya-Kredit” BOKT-un cəmi kapital və ehtiyatlarının həcmi 4 milyon 708 min manata bərabər olmaqla, illik 483 min manat (11,4%) artım göstərib.





![“Avrasiya-Kredit” BOKT-un kredit portfeli böyüsə də, faiz gəlirləri azalır – [red]MƏNFƏƏT AŞAĞI DÜŞÜR - HESABAT[/red] | FED.az](upload/news/small/4518843.jpg)
![“Avrasiya-Kredit” BOKT-un kredit portfeli böyüsə də, faiz gəlirləri azalır – [red]MƏNFƏƏT AŞAĞI DÜŞÜR - HESABAT[/red] | FED.az](upload/news/small/606924.jpeg)
![“Avrasiya-Kredit” BOKT-un kredit portfeli böyüsə də, faiz gəlirləri azalır – [red]MƏNFƏƏT AŞAĞI DÜŞÜR - HESABAT[/red] | FED.az](upload/news/small/493292.jpeg)








