Rabalon
Müştərilərlə əlaqələr üzrə mütəxəssis (Vendor Management Specialist)
Son tarix 10 iyl 2026 - [email protected]
Departament: Biznesin inkişafı
İş yeri: Bakı, Çinar Plaza
Namizədə dair tələblər:
Tələb olunan bilik və bacarıqlar
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Biznes və ya müvafiq sahədə);
- IT İnteqrator, IT Distribütor və ya İT Konsaltinq şirkətlərində Vendor menecer və ya Satınalma mütəxəssisi kimi ən azı 2 il iş təcrübəsi;
- İT bazarı, lisenziyalaşdırma modelləri (SaaS, Cloud, Enterprise Agreements) və İT infrastruktur həlləri haqqında ümumi anlayış;
- Qlobal İT vendorlarının portalları (məsələn: Cisco Commerce Workspace, Microsoft Partner Center və s.) ilə işləmə təcrübəsi;
- Xarici vendorlarla sərbəst yazışma və danışıqlar apara bilmək üçün mütləq İngilis dili və Rus dili biliyi;
- Yüksək analitik düşünmə, İT layihələrinin marjinalığını hesablamaq üçün əla Excel bacarığı;
- Beynəlxalq İT vendorlarının daxili qaydalarına və biznes etikasına adaptasiya olmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Qlobal İT vendorları (Cisco, Microsoft, HPE, Dell, VMware, Oracle, Fortinet və s.) və rəsmi distribütorlarla birbaşa əlaqələrin qurulması və idarə edilməsi;
- Şirkətin vendor tərəfdaşlıq statuslarının (Partner Status - örnək: Gold, Silver Partner) qorunması, artırılması və müvafiq tələblərin (sertifikasiyalar, satış kvotaları) izlənilməsi;
- İT layihələri ( hardware, software, lisenziyalaşdırma) üçün vendorlardan xüsusi qiymətlərin (Special Price Request / Deal Registration) alınması və danışıqların aparılması;
- Şirkətin mühəndis və satış komandasının qeydiyyatdan keçməsi üçün vendorların və sertifikasiya proqramlarının koordinasiya edilməsi;
- Vendorların təklif etdiyi rüblük/illik bonus, marketinq fondu (MDF) və diler proqramlarının izlənilməsi və şirkətə qazandırılması;
- Satış öncəsi (Pre-sales) və satınalma komandası ilə birlikdə spesifikasiyalara uyğun İT avadanlıqlarının və lisenziyaların düzgün sifariş olunmasına nəzarət.
İş şərtləri:
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə və bazar
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və danışıq limiti.
Əmək haqqı: Razılaşma yolu ilə (bilik və bacarıqlara uyğun),
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Müştərilərllə əlaqələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.















