Ötən ilin sonunda bank olmayan kredit təşkilatı (BOKT) “Embafinans” QSC-nin vaxtı keçmiş kreditlərinin həcmi 9 milyon 885 min manat olub.
“Viator Mikro Kredit Azərbaycan” BOKT-un xalis mənfəəti – 2 DƏFƏ AZALIB – HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü illə müqayisədə 2 milyon 851 min manat və ya 40,5% artıb.
Xatırladaq ki, 2024-cü ilin sonunda BOKT-un vaxtı keçmiş kreditlərin həcmi 7 milyon 34 min manat olmuşdu.
Qeyd edək ki, ötən ilin sonunda kredit təşkilatının kredit portfelinin həcmi 78 milyon 340 min manat olub. Kredit portfeli son bir ildə 16 milyon 343 min manat (26,4%) artıb. Vaxtı keçmiş kreditlərinin ümumi portfeldə payı 12,6% olub. 2024-cü ildə bu rəqəm 11,3% idi.













