Azərbaycan Mərkəzi Bankı bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb.
Bank xiidmətləri üzrə şikayət indeksi - May, 2026
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin may ayı üzrə şikayət indeksində ölkədəki 21 bankın 17-si yer alıb.
Qaydalara əsasən banklar üzrə «Şikayət indeksi»nin hesablanması metodologiyası sadədir. İndeks şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə tapılır.
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Şikayətlər üzrə bazar payı hesablananda təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər nəzərə alınmır.
“Müştərilər üzrə bazar payı” – dedikdə isə, cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbəti başa düşülür.
Şikayət indeksinin özü də 3 kateqoriyaya ayrılır:
yuxarı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan)
orta şikayət indeksi
aşağı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan)
Mərkəzi Bank ayrıca olaraq qeyd edir ki, şikayət indeksi banrkın maliyyə durumunu göstərən bir göstərici deyil və şikayətlərin çox olması bankın davamlılığı ilə bağlı təhdid olması deyil.
«Şikayət indeksi göstəricisi - bankların maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhdid yaratmır»-deyə AMB indekslə bağlı izahatında bildirir.






![Azərbaycanda banklar üzrə «Şikayət indeksi» açıqlandı –[red] SİYAHIDA 17 BANK VAR[/red] | FED.az](upload/news/small/2636257.jpg)
![Azərbaycanda banklar üzrə «Şikayət indeksi» açıqlandı –[red] SİYAHIDA 17 BANK VAR[/red] | FED.az](upload/news/small/3179803.png)









