Mado Azərbaycan
Restoran Meneceri
Son tarix 10 iyl 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Restoranın fasiləsiz fəaliyyətinin təşkili;
- Gündəlik restoranın bütün əməliyyatlarına nəzarət etmək;
- Standartların tələblərinə riayət edilməsinə nəzarət;
- Müştərilərlə danışıqların aparılması;
- Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət;
- Restoranda istifadə olunan avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi;
- Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək;
- Anbar və sayım əməliyyatlarına nəzarəti təmin etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, yeniliklər təklif etmək;
- İşçi heyəti arasında daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət;
- Heyətin iş qrafiki və istirahət günlərinin düzgün təşkilinə nəzarət;
- İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak;
- Gigiyena və təhlükəsizlik qaydalarının təmin olunmasının nəzərətini təmin etmək;
- Nağd və nağdsız ödəmə əməliyyatlarının düzgün aparılmasını təmin etmək;
- Satış və maliyyə təhlilləri aparmaq və rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
- Restoran və ya qonaqpərvərlik sahəsində minimum 3 il idarəetmə təcrübəsi;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Minimum 50 nəfərlik heyətin idarə edilməsi təcrübəsi;
- MS Office və restoran avtomatlaşdırma sistemlərində işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Əmək intizamına riayət etmək və komanda ilə işləmək bacarığı;
- Yaş həddi: 35–45.
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şəraiti
- İş qrafiki: Tam iş günü
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 1500 Azn +%
- Karyera inkişafı imkanları;
- Nahar və digər korporativ üstünlüklər.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Restoran Meneceri” qeyd olunması xahiş olunur.















