Agha Financial Services MMC
Maliyyə Meneceri
Son tarix 10 iyl 2026 - [email protected]
Şirkətimizə idarəetmə məsuliyyətini dərindən hiss edən, yalnız tapşırıqyönümlü deyil, problemlərin həlli istiqamətində strateji baxışa sahib, uğurlarımızda böyük pay sahibi olacaq Komanda Rəhbəri axtarırıq.
Vəzifə öhdəlikləri
- Vergi uçotu və mühasibat uçotu komandasının əmək fəaəliyyətinə rəhbərlik etmək;
- Vergi və maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
- Audit yoxlamaları aparmaq və riskləri idarə etmək;
- Müştərilərin əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
- Daxili uçot nəzarəti sistemlərini təkmilləşdirmək;
- Maliyyə qərarlarının qəbul edilməsinə dəstək vermək;
- Rəhbərliyə hesabat vermək və analitik tövsiyələr təqdim etmək.
Tələblər
Təhsil:
- Maliyyə və ya mühasibat uçotu və audit sahəsində ali təhsil.
- Beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür.
Təcrübə:
- Müvafiq sahədə minimum 7 il, baş mühasib və ya rəhbər olaraq minimum 3 il iş təcrübəsi.
Peşəkar Keyfiyyətlər:
- Analitik düşüncə;
- Komanda ruhunu formalaşdırma qabiliyyəti;
- Prioritetləşdirmə bacarığı;
- Etibarlılıq.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – cümə (5 gün), iş vaxtı: 09:00-18:00
- Əmək haqqı – 3000 AZN, rüblük qiymətləndirmə əsasında bonus.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.















