Bank olmayan kredit təşkilatı (BOKT) “Embafinans” QSC 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin xalis mənfəəti 8 milyon 126 min manat olub. 2024-cü ildə kredit təşkilatı 7 milyon 208 min manat xalis mənfəət əldə etmişdi.
Ötən il şirkətin faiz xərcləri faiz gəlirlərinə nisbətən daha çox artıb. Belə ki, faiz gəlirləri 8 milyon 277 min manat (40%) artaraq 28 milyon 981 min manata, faiz xərcləri 2 milyon 26 min manat (50%) artaraq 6 milyon 81 min manata yüksəlib.
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri xərci 1 milyon 376 min manat (2,3 dəfə) artaraq 2,4 milyon manata çatıb. Ehtimal olunan kredit zərərlərindən sonra xalis faiz gəliri 20,5 milyon manat təşkil edib.
Bəhs olunan dövrdə kredit təşkilatının vergidən əvvəlki mənfəəti 10 milyon 167 min manat, mənfəət vergisi xərci 2 milyon 40 min manat olub.
Qeyd edək ki, “Embafinans” BOKT əlaqəli tərəfi olan, "Embawood" MMC-dən mebel və digər məişət avadanlıqlarının satışı üçün də kreditlər təqdim edir. 2025-ci iildə bu kredpitlərin ümumi kreditlərdə payı 24% olub, 2024-cü ildə isə bu rəqəm 37% idi.
Hesabat dövrünün sonunda BOKT-un aktivlərinin həcmi 85 milyon 702 min manata bərabər olub. Aktivlərin 78 milyon 340 min manatı və ya 91,4%-i müştərilərə verilmiş kreditlər olub. Kredit portfeli son bir ildə 16 milyon 343 min manat (26,4%) artıb.
Öhdəliklərin həcmi 10 milyon 584 min manat və ya 24%-lik artımla 54 milyon 774 min manata çatıb.
2025-ci ilin sonunda “Embafinans” BOKT QSC-nin cəmi kapitalı 30 milyon 928 min manata bərabər olub. Bu məbləğin 10 milyon manatı nizamnamə kapitalının, 20 milyon 928 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.
Qeyd edək ki, BOKT-un səhmlərinin 86%-i Elşad Abbasova, 14%-i Tamara Polyakovaya məxsusdur.







![Mebel kreditləri ilə 8 milyon manat qazanıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4860907.jpg)
![Mebel kreditləri ilə 8 milyon manat qazanıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3857577.jpeg)
![Mebel kreditləri ilə 8 milyon manat qazanıb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/371235.jpeg)








