Beynəlxalq brend qiymətləndirmə şirkəti “Brand Finance” 2026-cı il üzrə “Türkiyənin ən güclü və ən dəyərli brendləri – Türkiyə 125” hesabatını hazırlayıb.
Azərbaycan Türkiyədən 4 ayda geyim idxalına 22 milyon dollara yaxın vəsait xərcləyib
FED.az xəbər verir ki, hesabata əsasən, “Türk Hava Yolları” son illərdə olduğu kimi bu il də siyahıda birinci yeri tutub. THY-nin brend dəyəri 2 milyard 884 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilib.
Bu il siyahıya 13 yeni brend daxil olub. Bunlar Alfa Solar, ATP, Baykar, Besler, Çelebi Havacılık, Datagate, e-Bebek, Karaca, Karel, Koçtaş, Ray Sigorta, Trabzonspor və Yudum brendləridir.
Türkiyənin ən dəyərli 5 brendi aşağıdakılardır:
1. Türk Hava Yolları (THY)
2. Arçelik
3 İş Bankası
4. Ford Otosan
5. Ziraat Bankası
Beləliklə, aviasiya, sənaye, bankçılıq və avtomobil sektorları Türkiyənin ən dəyərli brendləri siyahısında ilk beşlikdə təmsil olunub.














