2026-cı il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları olub. Bu göstərici illik müqayisədə 8 faiz azalıb.
Azərbaycanın 4,7 milyard dollar xarici borcu var - RƏSMİ
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə əsasən, yanvar-aprel aylarında xarici dövlət borcunda azalma 7,8 faiz təşkil etmişdi. Bu isə dövlətin xarici borc yükünün azalmaqda davam etdiyini göstərir.
Strateji valyuta ehtiyatları 88,4 milyard dolları keçib
2026-cı il iyunun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard 438,6 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz artım deməkdir.
Yanvar-aprel aylarının yekununda strateji valyuta ehtiyatlarında artım 15 faiz idi. Beləliklə, ölkənin valyuta ehtiyatlarında yüksək artım davam edib.
















