İran və ABŞ arasındakı gərginlik Azərbaycan neftini də bahalaşdırıb.
FED.az xəbəo verir ki, iyunun 10-da London birjasında keçirilən hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları və ya 1,14 % arataraq 96,36 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Ümumiyytlə isə, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.













