ABŞ və İran arasında növbəti gərginlik səbəbindən neft bahalaşır.
FED.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən hərraclarda “Brent” neftinin 2026-cı ilin avqust müqaviləsi üzrə qiymətləri 1,6% artaraq 1 barelə görə 94,59 dollar olub.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə "WTI" markalı neftin 1 barelinin qiyməti iyul ayı üxrə müqavilələrdə 1,79% artaraq 91,64 dollar təşkil edib.













