“Finkapital” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
“FinKapital BOKT”un nizamnamə kapitalı 80 min manat artırılıb
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının faiz gəlirləri 142 min 325 manat və ya 20,3% artaraq 843 min 387 manata çatıb. Faiz xərcləri də 79 min 779 manat (22,7%) artaraq 431 min 383 manata yüksəlib. Xalis faiz gəlirləri 412 min 4 manata bərabər olmaqla, illik 62 min 546 manat (17,9%) artım göstərib.
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat xərcləri 316 min 438 manat təşkil edib. Xatırldaq ki, 2024-cü ildə bu sahə üzrə xərclər olmayıb.
Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 95 min 565 manata bərabər olub ki, bu da, 2024-cü ildəki 349 min 458 manatdan 253 min 893 manat (3,7 dəfə) azdır.
Haqq və komissiya gəlirləri 41 min 907 manat (26,9%) artaraq 197 min 972 manata, digər gəlirləri 6 min 331 manat (72,3%) artaraq 15 min 86 manata, haqq və komissiya xərcləri 6 min 940 manata çatıb. Şirkətin xalis qeyri-faiz gəlirləri 206 min 118 manat olub ki, bu da, illik müqayisədə 41 min 298 manat (25,1%) çoxdur.
Ötən il kredit təşkilatının əməliyyat gəlirləri 2024-cü ildəki 514 min 278 manatdan 301 min 683 manata düşüb, - yəni 212 min 595 manat (41,3%) azalma olub.
İnzibati və digər əməliyyat xərcləri 357 min 737 manat təşkil edib ki, bu da, 2024-cü ilə nəzərən 26 min 405 manat (8%) çoxdur.
Xərclərin əməliyyat gəlirlərini üstələməsi şirkətin zərərlə işləməsinə səbəb olub. Belə ki, şirkət 2025-ci ili 56 min 54 manat xalis zərərlə başa vurub. Bu, 2024-cü ildəki 146 min 357 manat xalis mənfəətdən 202 min 411 manat və ya 3,6 dəfə azdır.
Hesabat dövrünün sonunda BOKT-un cəmi aktivləri 4 milyon 583 manata bərabər olub. Bu, 2024-cü illə müqayisədə 1 milyon 78 min manat (30,1%) çoxdur.
Aktivlərin artmasının əsas səbəbi kredit portfelinin və əsas vəsaitlərin böyüməsi hesabına baş verib. Belə ki, müştərilərə verilmiş kreditlər son bir ildə 867 min manat (28,9%) artaraq 3 milyon 872 min manata, əsas vəsaitlər 372 min 230 manat (2,3 dəfə) artaraq 669 min 580 manata bərabər olub. Bununla yanaşı pul vəsaitləri və onun ekvivalentləri 173 min 198 manat (15,4 dəfə) azalaraq 12 min 41 manata düşüb.
Ötən il kredit təşkilatının öhdəlkilərində də əhəmiyyətli artım baş verib. Belə ki, öhdəlkilərin həcmi 2024-cü ildəki 2 milyon 564 min manatdan 3 milyon 374 min manata yüksəlib, - yəni 810 min manat və ya 31,6% artım olub. Öhdəliklərin artması banklar və digər maliyyə institutlarına borclanmanın artması fonunda baş verib. Şirkətin banklar və digər maliyyə institutlarına olan borcları 818 min manat (32,1%) artaraq 3 milyon 368 min manata çatıb.
Şirkət “Kapital Bank”a 1 milyon 490 min manat, “PAŞA Banka” 1 milyon 814 min manat, “Rabitəbank”a 43 min 149 manat borclanıb.
2025-ci ilin sonunda “Finkapital” BOKT-un cəmi kapitalı 1 milyon 209 min manata bərabər olmaqla, 2024-cü ilə nəzərən 269 min manat (28,6%) artım göstərib. Artım nizamnamə kapitalının artması hesabına olub. Belə ki, nizamnamə kapitalı 2024-cü ildəki 545 min manatdan 325 min manat (59,6%) artırılaraq 870 min manata çatdırılıb.
Qeyd edək ki, şirkətin səhmləri hər biri 10 min manat olmaqla 87 pay pul şəklindədir. Səhmlərin 100%-lik hissəsi Bağırov Tural Şamil oğluna məxsusdur.







![“Finkapital” BOKT-un gəlirləri xərclərini qarşılamır – [red]ŞİRKƏT ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT[/red] | FED.az](upload/news/small/266770.jpg)
![“Finkapital” BOKT-un gəlirləri xərclərini qarşılamır – [red]ŞİRKƏT ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT[/red] | FED.az](upload/news/small/1614414.jpeg)
![“Finkapital” BOKT-un gəlirləri xərclərini qarşılamır – [red]ŞİRKƏT ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT[/red] | FED.az](upload/news/small/934689.jpeg)








