Bakı Şəhər İcra hakimiyyətinin tabeliyində olan bəzi qurumlar Mədəniyyət Nazirliyinə veriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu prezident İlham Əliyevin bu gün imzaladığı «Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında» fərmanda nəzərdə tutulub.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə veriləcək.













