Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı cari nəzarət tədbirləri nəticəsində iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
“Falcon Finance” BOKT ötən zərərlə işləməyə başlayıb – KAPİTALI ƏRİYİR – HESABAT
“Falcon Finance” BOKT-un rəhbərliyinin qazancı azalıb - 45 MİN MANATA DÜŞÜB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bank (AMB) məlumat yayıb.
AMB-nin məlumatına görə, hər iki halda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən tədbir görülüb.
“Azərbaycan Mikro-Kredit” BOKT-un uğursuz nəticələri - XALİS MƏNFƏƏT 4 DƏFƏ AZALDI
“Azərbaycan Mikro-Kredit” BOKT-un əsas səhmdarı - ŞİRKƏTİ TƏRK EDİB
Belə ki, yanvar ayında “Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 min manat məbləğində cərimə edilib.
Fevral ayında isə BOKT “Falcon Finance” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat məbləğində cərimələnib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.2. maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
“Azərbaycan Mikro-Kredit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.72 milyon manatdır. BOKT-un təsisçiləri Kazım Hüseynov (50 %) və Səbuhi Əzizovdur (50 %).
“Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır.













