Bank olmayan kredit təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC-nin ötən il üzrə maliyyə vəziyyəti məlum olub.
“İnkişaf üçün Maliyyə” BOKT-un öhdəlikləri artıb - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin effektiv faiz metodundan istifade etməklə hesablanmış faiz gəlirləri 3 milyon 578 min manat olub.
Bu, 2024-cü ildəki 3 milyon 280 min manatlıq göstəricidən 298 min manat və ya 9,1% çoxdur. Kredit təşkilatının faiz gəlirləri illik müqayisədə 35 min 855 manat (8,3%) azalaraq 396 min 157 manata düşüb.
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların bərpası 208 min 685 manat olub. Bu da, illik müqayisədə 45 min 788 manat və ya 28,1% çoxdur.
Yekunda xalis faiz gəlirləri 3 milyon 390 min manata bərabər olub. Bu, 2024-cü ildəki 3 milyon 11 min manatlıq xalis faiz gəlirlərindən 379 min manat (12,6%) çoxdur.
Bəhs olunan dövrdə kredit təşkilatının inzibati və əməliyyat xərcləri 44 min 60 manat (2%) artaraq 2 milyon 251 min manata, haqq və komissiya xərcləri 5 min 570 manat (4,1%) azalaraq 129 min 944 manata, digər xərclər 14 min 787 manata bərabər olub.
Şirkətin vergidən əvvəlki mənfəəti 311 min 294 manat və ya 45,5% artaraq 994 min 775 manata, mənfəət vergisi xərci 61 min 236 manat (2,1 dəfə) artaraq 119 min 80 manata çatıb.
Nəticədə BOKT “İnkişaf üçün Maliyyə” ötən ili 865 min 752 manat xalis mənfəətlə bağlayıb ki, bu da, 2024-cü ildəki 685 min 532 manat xalis mənfəətdən 180 min 220 manat, yaxud da 26,3% çoxdur.
Hesabat dövrünün sonunda BOKT-un cəmi aktivləri 12 milyon 314 min manata bərabər olub. Aktivlərin həcmi 2024-cü ilə nəzərən 1 milyon 4 min manat (8,9%) artıb. Aktivlərin artmasının əsas səbəbi müştərilərə verilmiş kreditlərin əvvəlki illə müqayisədə 723 min manat (7,1%) artması olub. Aktivlərin 89,1%-i – 10 milyon 971 min manatı müştərilərə verilmiş kreditlər və avansların payına düşüb. Digər tərəfdən şirkət pul vəsaitləri və onların ekvivalentlərini 561 min 402 manat (2,3 dəfə) artırıb.
Öhdəliklərdə olan artım isə aktivlərə nisbətən daha zəif olub. Belə ki, öhdəlkiləri həcmi cəmi 137 min manat (4,2%) artaraq 3 milyon 392 min manata çatıb.
Nəticədə ötən ilin sonunda BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin cəmi kapitalı 8 milyon 921 min manata bərabər olub. Cəmi kapital illik müqayisədə 866 min manat (10,8%) artıb.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 300 min manat təşkil edir. Səhmlərin 100%-lik hissəsi Oxfam Böyük Britaniyaya məxsusdur. Oxfam Böyük Britaniya qlobal yoxsulluq, bərabərsizlik və humanitar fəlakətlərlə mübarizə aparan aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. BOKT “İnkişaf üçün Maliyyə” isə bu təşkilatın Azərbaycanda aztəminatlı, xüsusilə işləyən kasıb təbəqəyə mikro və kiçik biznes kreditləri vermək məqsədilə yaratdığı bank olmayan kredit təşkilatıdır.







![BOKT “İnkişaf üçün Maliyyə” kredit fəaliyyətini genişləndirib –[red] FAİZLƏR ŞİRKƏTƏ 3 MİLYON QAZANDIRIB - HESABAT[/red] | FED.az](upload/news/small/3589359.png)
![BOKT “İnkişaf üçün Maliyyə” kredit fəaliyyətini genişləndirib –[red] FAİZLƏR ŞİRKƏTƏ 3 MİLYON QAZANDIRIB - HESABAT[/red] | FED.az](upload/news/small/366342.jpeg)
![BOKT “İnkişaf üçün Maliyyə” kredit fəaliyyətini genişləndirib –[red] FAİZLƏR ŞİRKƏTƏ 3 MİLYON QAZANDIRIB - HESABAT[/red] | FED.az](upload/news/small/1628914.jpeg)








