Azərbaycanda fəaliyyət göstərən tanınımış beynəlxalq audit şirkəti olan "Reanda Azərbaycan" MMC-nin nümayəndə heyəti ilə "STONEWAY CAPITAL PTE. LTD. şirkətinin rəhbər heyəti arasında işgüzar görüş keçirilib.
FED.AZ xəbər verir ki, görüşün əsas məqsədi tərəflər arasında potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı maraq doğuran layihələrin müzakirəsi və uzunmüddətli tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi olub.
Görüş zamanı tərəflər arasında maliyyə, investisiya, korporativ idarəetmə, biznes məsləhət xidmətləri və regional bazarlarda inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq təcrübənin paylaşılması, innovativ yanaşmaların tətbiqi və yeni biznes imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Müzakirələr çərçivəsində hər iki şirkətin ekspertiza və resurslarının birləşdirilməsi yolu ilə qarşılıqlı fayda yarada biləcək layihələrin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib. Eyni zamanda, gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması, peşəkar bilik mübadiləsinin genişləndirilməsi və biznes əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı ilkin razılıqlar əldə olunub.
Görüş qarşılıqlı etimad və konstruktiv dialoq şəraitində keçib. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əlaqələrin davam etdirilməsi və konkret layihələr üzrə növbəti görüşlərin təşkili barədə razılığa gəliblər.
Bu görüş "Reanda Azərbaycan" MMC ilə "STONEWAY CAPITAL PTE. LTD" arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşdırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm addım kimi qiymətləndirilir.













