Azərbaycanda fəaliyyət göstərən və təcili pul ehtiyacları üçün qısamüddətli, kiçik məbləğli onlayn mikro kreditlər verən platforma kimi tanınan “Manato” brendinin sahibi “SF Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC ötən il bir sıra göstəricilərdə geriləyib.
“Viator Mikro Kredit Azərbaycan” BOKT-un xalis mənfəəti – 2 DƏFƏ AZALIB – HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının xalis mənfəəti 21 milyon 986 min manat və ya 2,4 dəfə azalıb. Belə ki, şirkətin xalis mənfəəti 2024-cü ildəki 37 milyon 740 min manatdan 15 milyon 754 min manata düşüb.
Hesabat dövründə şirkətin faiz gəlirləri 5 milyon 832 min manat (6,2%) artaraq 99 milyon 544 min manata çatıb. Faiz xərcləri isə 2 milyon 139 min manat (3,8 dəfə) azalaraq 771 min 410 manata düşüb. Gözlənilən kredit zərərindən əvvəl xalis faiz gəliri 98 milyon 773 min manat (7 milyon 971 min manat / 8,8% çox), müştərilərə verilən kreditlər üzrə gözlənilən kredit zərərlərində dəyişmə 12 milyon 529 min manat təşkil edib. Yekunda xalis faiz gəlirləri 111 milyon 302 min manata bərabər olub ki, bu da, illik müqayisədə 42 milyon 571 min manat (62%) artım deməkdir.
Ötən il BOKT-un inzibati xərcləri 26 milyon 840 min manat və ya 2,5 dəfə artaraq 45 milyon 6 min manata çatıb. Borc satışından yaranan xalis zərər 42 milyon 175 min manat, yaxud da 17 dəfə artaraq 44 milyon 812 min manata yüksəlib. Valyuta mübadiləsindən xalis zərər 1 milyon 773 min manat təşkil edib ki, bu da, illik müqayisədə 2 milyon 954 min manat (2,5 dəfə) azalma deməkdir. Şirkətin digər gəlirləri 4 milyon 145 min manat, yaxud da 107 dəfə azalaraq 39,2 min manata düşüb.
Nəticədə kredit təşkilatının vergidən əvvəlki mənfəəti 19 milyon 750 min manata bərabər olmaqla 27 milyon 443 min manat (2,4 dəfə) azalıb. Mənfəət vergisi xərci də 5 milyon 455 min manat (2,4 dəfə) azalaraq 3 milyon 996 min manata düşüb.
Hesabat dövrünün sonunda şirkətin aktivlərində də azalma müşahidə edilib. Belə ki, aktivlərin həcmi 2024-cü ildəki 81 milyon 624 min manatdan 48 milyon 507 min manata düşüb. Bu, 33 milyon 117 min manat və ya 40,6% azalma deməkdir. Aktivlərin azalmasının əsas səbəbi müştərilərə verilmiş kreditlərin həcminin kəskin – 29 milyon 244 min manat, yaxud da 2 dəfə azalaraq 28 milyon 593 min manata düşməsi olub. 2024-cü ildə müştərilərə verilmiş kreditlərin həcmi 57 milyon 837 min manat olmuşdu.
Azalma tempi öhdəlkilərdə də özünü göstərib. Şirkətin öhdəlkiləri bir ildə 37 milyon 320 min manat və ya 5,3 dəfə azalaraq 8 milyon 703 min manata bərabər olub.
2025-ci ilin sonunda “SF Azerbaijan” BOKT MMC 39 milyon 804 min manat cəmi kapitala malik olub.
Qeyd edək ki, “SF Azerbaijan” BOKT-un nizamnamə kapitalı 300 min manat təşkil edir. Şirkətin səhmlərinin 95,5%-i AS HSF CA-ya, 2,5%-i Quliyev Rufat Faiq oğluna, 2%-i Krists Kruminsa məxsusdur.







!["Manato" krediti verən təşkilat ili uğursuz başa vurdu - [red]GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ KƏSKİN AZALDİ - SİRKƏT İKİQAT KİÇİLİB - HESABAT[/red] | FED.az](upload/news/small/579834.png)
!["Manato" krediti verən təşkilat ili uğursuz başa vurdu - [red]GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ KƏSKİN AZALDİ - SİRKƏT İKİQAT KİÇİLİB - HESABAT[/red] | FED.az](upload/news/small/1250615.jpg)
!["Manato" krediti verən təşkilat ili uğursuz başa vurdu - [red]GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ KƏSKİN AZALDİ - SİRKƏT İKİQAT KİÇİLİB - HESABAT[/red] | FED.az](upload/news/small/337362.jpg)








