Azərbaycanda faktorinq xidməti ilə məşğul olan “Ferrum Kapital” QSC-nin müşahidə şurasının sədri dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalının əldə etdiyi məlumata görə, müşahidə şurasının sədri Dəmirçi Qafar Aydın oğlunu Habib Zadeh Mohammad Reza əvəzləyib.
QSC-nin müşahidə şurasının üzvləri Nəzərov Qurban Kamal oğlu və Əliyev Arif Mehman oğlu tutduqları vəzifədə qalıblar.
Qeyd edək ki, “Ferrum Kapital” QSC-nin səhmlərinin 68%-i Dəmirçi Qafar Aydın oğluna, 23%-i Habib Zadeh Mohammad Rezaya, 4,5%-i “AQA Şirkətlər Qrupu QSC-yə, 4,5%-i Vesta İnvestment QSC-yə məxsusdur. Şirkətin nizamnamə kapitalı 24 milyon l28 min 819 manatdır.
Məlumat üçün bildirək ki, “Ferrum Kapital” QSC bu ilin ilk altı ayı ərzində 13 nəfər işçisini ixtisar edib. Belə ki, ötən ilin sonunda 242 nəfər olan işçi sayı, ikinci rübün sonunda 229 nəfərə düşüb.
Xatırladaq ki, Habib Zadeh Mohammad Reza “AQA Şirkətlər Qrupu QSC-nin 72,5%-lik payla səhmdarı olduğu “City Finance BOKT” MMC-də 27,5%-lik paya sahibdir. Bu şirkətin nizamnamə kapitalı 5 milyon manatdır.












