«PSG Finans Bank Olmayan Kredit Təşkilatı» MMC 2023-cü ilin uğurlu nəticələrlə başa vurub.
FED.az qurumun hesabatına istinadən zəbər verir ki, ötən il BOKT böyüyüb, gəlirləri yüksəlib, xalis mənfəəti isə 2 dəfəyə yaxın yüksəlib.
Hesabata əsasən 2023-cü ildə «PSG Finans BOKT»un faiz gəlirləri 500 min manat və ya təqribən 10% artaraq 4,5 milyon manata yüksəlib. BOKT-un faiz gəlirləri isə bu dövrdə, cəmi 103 min manat olub.
İl ərzində «PSG Finans BOKT» kredit zərərləri üzrə 663 min manat ehtiyat yaradıb, bu xərc çıxıldıqdan sonra BOKT-un xalis faiz gəliri 3 milyon 767 min manat olub. Bu göstərici 2022-ci illə müqayisədə 1,2 milyon manat və ya 50% artıq olub.
2023-cü ildə «PSG Finans BOKT»un əmək haqqı və inzibati xərcləri artaraq müvafiq olaraq 826 min və 809 min manat təşkil edib. Əvvəlki illə müqayisədə bu xərclər 42% və 20% yüksəlib.
Nəticədə BOKT-un vergidən əvvəlki mənfəəti 2 milyon 138 min manat olub, 568 min manat mənfəət vergisi ödənişindən sonra şirkət 2023-cü ili 1,7 milyon manat xalis mənfətlə tamamlayıb. 2022-ci ildə isə bu rəqəm təqribən 2 dəfə az - 951 min manat olmuşdu.
2023-cü ildə «PSG Finans BOKT»un aktivləri təqribən 10% artaraq 15,5 milyon manatdan 17,2 milyon manata yüksəlib. BOKT-un kreit portfeli saböit şəkildə böyməkdədir. Ötən il 800 min manatlaq artımdan sonra kreditlər 14,4 milyon manata çatıb. Hesablardakı pul vəsaitləri isə 4 dəfəyə yaxın artaraq 1,2 milyon manata yaxınlaşıb.
«PSG Finans BOKT»un öhdəlikləri ənənəvi olaraq azdır – cəmi 1,8 milyon manat, ötən illə müqayisədə bu rəqəm hətta 100 min manat da aşağı düşüb. Öhdəliklərin əsas hissəsini (880 min manat) səhmdarlardan alınan borclar təşkil edir. 2023-cü ildə BOKT səhmdarlar qarşısında da borclarını 600 min manat azaltmağa müvvəffəq olub.
BOKT-un faiz gəlirlərinin yüksək olduğu halda, faiz xərclərinin cüzi olmasının səbəbi də öhdəliklərinin kiçik olmasıdır. Bu da BOKT-a yüksək gəlir marjası təmin edib.
Cəmi kapital isə 11% artaraq 15,3 milyon manata yüksəlib.
«PSG Finans Bank Olmayan Kredit Təşkilatı» MMC-nin 2023-cü il üzrə - HESABATI