”Kred Aqro” BOKT 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az BOKT-un hesabatına istinadən xəbər verir ki, şirkət 2023-cü ili, cəmi 87 min 478 manat mənfəətlə yekunlaşdırıb. 2022-ci il illə müqayisədə mənfəət 196 min 603 manat (3,2 dəfə) aşağı düşüb.
Hesabat dövründə şirkət 26,5 min manat mənfəət vergisi (əvvəlki illə müqayisədə (26,4 dəfə az) ödəyib.
Kredit şirkətinin faiz gəlirləri 1 milyon 466 min manat, xərcləri isə 237 min manat təşkil edib. Gəlirlər son bir ildə 357 min manat (32%), xərclər isə 158 min manat (3 dəfə) artıb.
Beləliklə xalis faiz gəlirləri 1 milyon 229 min manat təşkil edib ki, bu da illik müqayisədə 199 min manat 19% çoxdur.
Bundan başqa kredit şirkətinin xalis haqq və komissiya gəlirləri 902 manat, silinmiş kreditlərin bərpasından gəlirləri 582 min manat olub. Bunlar da müvafiq olaraq 134 min manat (150 dəfə) az və 498 min manat (7 dəfə) çoxdur.
“Kred Aqro” BOKT-un işçi heyəti üzrə xərcləri 1 milyon 205 min manat, köhnəlmə və amortizasiya xərcləri 230,5 min manat, ümumi və inzibati xərcləri 491 min manat, xalis qeyri-faiz xərcləri isə 1 milyon 131 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə işçi heyəti üzrə xərcləri 72 min manat və ya 6%, , köhnəlmə və amortizasiya xərcləri 40 min manat və ya 21% artıb, ümumi və inzibati xərcləri 214 min manat (30%), xalis qeyri-faiz xərcləri isə 961 min manat (46%) azalıb.
“Kred Aqro” BOKT 2023-cü ildə 8 milyon 574 min manat aktivlərə malik olub. BOKT-un aktivləri son bir ildə 247 min manat və ya 3% azalıb.
Öhdəliklər isə son bir ərzində 334,5 min manat və ya 9% azalaraq 3 milyon 575 min manata düşüb.
Balans kapitalı təqribən 5 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 88,5 min manat və ya 2% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 87,5 min manat başqa sözlə 3% artaraq 2 milyon 953 min manata yaxınlaşıb.
Xatırladaq ki, “Kredaqro” BOKT 28 avqust 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min 300 manatdır.
Qanuni təmsilçisi Hidayət Həsənov Məhərrəm oğludur.
BOKT-nin təsisçisi 100% ABŞ-nin “ACDI/VOCA” təşkilatıdır.